"Qarabağı verirlər" deyənlərə-Deputatdan reaksiya

Milli Məclisin deputatı Sahib Əliyev öz feysbuk statusunda Qarabağ danışıqları ilə, xüsusən də prezidentlərin son Vyana görüşünü şərh edən bəzi politoloqlara və siyasətçilərə cavab yazıb.

Miq.az deputatın yazdıqlarını olduğu kimi sizə təqdim edir:

"Yumşaq desək, elə də yüksək informasiya hazırlığı olmayan, üstəlik də Dağlıq Qarabağın qaytarılması yönündə ya simmetrik, ya da asimmetrik fərqi yoxdur heç bir addım atmayan və atmayacaq adamlar "Qarabağı verirlər" deyəndə bilmirsən nə reaksiya göstərəsən.

Qardaşlar və bacılar, o torpaqların təəssübünü Qarabağ danışıqlarını aparan cənab Prezident qədər heç kim çəkə bilməz, problemin çözülməsi
 
yönündə də heç kimin onun qədər əməyi olmayıb və ola da bilməz. Dördgünlük döyüşlərdə düşmənin burnunu əzən ordumuzu belə güclü edən də odur, böyük dövlətlərin, qlobal güclərin bunun əleyhinə çıxdığını bilə-bilə Azərbaycanın savaş yoluyla da olsa, torpaqlarını qaytaracağını deyən və bunu əməl də göstərən də. Yəni bu dövlətin başçısı, Qarabağ danışıqlarını aparan şəxslər bu məsələdə prosesləri qıraqdan izləyənlərdən heç də az prinsipial deyillər. Heç kimin erməniyə bir qarış da olsun torpaq vermək fikri yoxdur və bu ola da bilməz!"

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az