30 il öncədən bəri Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış və təəssüf ki, hazırda da fəaliyyətini qsimən də olsa, davam etdirən separatçı-terrorçu erməni rejiminin keçmiş və hazırkı rəhbərlərinin Xankəndindəki dəbdəbəli malikanələrinin görüntüləri yayılıb.
Miq.Az xəbər verir ki, belə bir videonu "You Tube” kanalında Artur Osipyan adlı müəllif paylaşıb. Görüntülərin şərhində deyilir:
"Əziz qarabağlılar, bura nə İsveçrə, nə də Parisdidir, Xankəndidir. "Respublika”nın hər yerində onlarla belə malikanə var. Müharibə nəticəsində evsiz qalan yüzlərlə insan bu evlərə yerləşdirilə bilər...”(moderator.az)