Vətəninfo.az “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkəti ilə bağlı əldə etdiyimiz danılmaz faktları davamlı olaraq yayımlasaq da,çox təssüflər olsun ki, baş verənlərlə bağlı bu və ya digər şəkildə ölçü götürülməsi ilə bağlı hansısa addımların atılmadığının şahidi oluruq. “Global Energi İnvestment” şirkətinin rəhbər İqor Kirdoda görünür cəzasızlığa öyrəndikcə daha da Azərbaycana və xalqımızın tcürbəli mütəxəssislərinə divan tutmaq yolu seçir. Təkçə İqor Kirdoda olsa başqa bu şirət rəhbərinin əlinin altında işləyənlər belə bu xalqa yuxarıdan baxmaq adətin tərgitmirlər. Görünür İqor Kirdoda və onun “Global Energi İnvestment” şirkətində çalışanlara əvvəl gündən başa salmaq lazımdır ki, bu xalqın sərvətindən milyonlar əldə edərək zəngiləşmək, Azərbaycan xalqını bu və ya digər şəkildə təhqir etmək səlahiyyəti verilməyib.
Gələk əsas məsələyə, artıq bilindiyi kimi Azərbaycanda xalqın sərvətinə göz dikənləri yavaş-yavaş qanunlar çərçivəsində ipə-sapa yatırılması ilə bağlı qanunlar işləməyə başlayıb. Ən azından Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyi də ölkədə bu sahəyə yatırım qoyan xarici şirkətləri nəzarətə götürməli, ölkənin qüvvədə olan qanunlarını pozmağa çalışan şirkətlər qanunların aliliyinə hörmət etmələri anlatılmalıdır.
“Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkəti ilə bağlı bu günə qədər yazılanlara müəyyən dairlərin susmasına baxmayaraq, şirkətdə baş verənlərlə bağlı xəbərlər isə bizə gəlməkdə davam edir.
Redaksiyamıza daxil olan son məlumatda vurğulanır ki, “Qarasu” Əməliyyat Şirkətinin ərazisindən qeyri-qanuni olaraq satılan Aydiko və Upa qurğularından başqa bu günlərdə hidro rotorlarda qeyri-qanuni olaraq şirkət ərazisindən çıxarılaraq satılıb. Daxil olan məlumatda iddia edilir ki, yoxa çıxan əmlakın hamsında Ruslan Muxametzanovun xəbəri var.
Məlumatda qeyd edilir ki, Ruslan Muxametzanovun atası “Global Energi İnvestment” şirkətinin vitse prezidentdir. 25 yaşında olan bu gəncin atasının “Qarasu”nu məhv eden, neftin hasilatını 890 tonndan 300 tona salan iş bacarmayan bir kimi qeyd edilir və belə bir şəxsin “Global Energi İnvestment” şirkətinin vitse prezident işləməsi belə qəbahətdir.
Məlumatda vurğulanır ki, Ruslanın həyat yoldaşı şikətin Bakı ofisində geolog işləyir. Ruslanın aylıq əmək haqqısı 13000 AZN, həyat yoldaşının aylıq əmək haqqısı isə 7000 AZN-dir. Atasının aylıq əmək haqqısı isə 40000 AZN-dir. Məlumatda qeyd edilir ki, Muxametzanov “Qarasu”da işləyən yerli işçilərə işdən çıxarmaq adı ilə hədə qorxu gəlməkdədir və bu yolla yerli işçilərin aylıq əmək haqları vaxtı-vaxtında ödənilmir. Amma oğlu və gəlini vaxtı-vaxtında şirkətdən əmək haqlarnı almaqdadırlar.
Məlumatda qeyd edilir ki, Aydiko qurğusunu da məhz gizli olaraq “Qarasu” ƏŞ-nin ərazisindən çıxaranların biri də Asxat Muxametzanov olub. Məlumatd vurğulanır ki, qeyd olunan Aydiko qurğusu şirkət ərazisindən çıxarıldığı dövürdə Asxat Muxametzanov “Qarasu” ƏŞ-nin prezidenti olub və şikrətdə baş verənlərdən bir başa xəbərdar idi.
Mənbə göndərdiyi məlumatda “Qarasu”da baş verən yeni bir saxtakarlığı da əlavə edib. Məlumatda vurğulanır ki. şirəkti tərkbindəki “Aşağı Mişovdağ” deyilən yerdə “Siqma nasosları” və bu nasoslar yalandan, nasaz olduqları bəhanə edilərək dayandırılıb. Mənbə vurğulayır ki. bu nasoslar çıxarılaraq Çexoslovakiyaya göndərilir və 4 yüz min manata təmir edilir. Amma Azərbaycanda bu nasosların təmir xərci 20 min manat tələb edir. Nasosları Çexoslovakiyaya göndərən isə, “Global Energi İnvestment” şirkətinin prezidneti İqor Kirdodanın göstərişi ilə rus rəhbərliyidir. Əsas bu işdə marağı olan şəxslər Asxat Muxametzanov, “Şirvanoil”Əməliyyat Şirkətinin vitse-prezidenti Voronov adli biri,Asxat Muxametzanovun oglu Ruslan Muxametzanovdur. Mənbə bildirir ki, ARDNŞ müqavilə şərtlərinə görə, 400 min manatdan yuxarı təmir işlərinə ölkədən çıxmağa icazə vermir. Bunlarda sənədləşmələri 400 min manatdan aşağı yazaraq ölkdən bu nasosları xaricdə təmir adı altında çıxardırlar və xaricdə ucuz qiymətə təmir olunsa da şirkətin büdcəsindən yüz minlər belə ölkədən çıxarılır. Mənbə vurğulayır ki, indi yen də yuxarıda adları çəkilən şəxslər “Siqma Nasosları”nı ölkədən təmir adı ilə çıxarmağa hazırlaşırlar. Əgər ARDNŞ-ti bu məsələyə müdaxilə etməzsə yen ədə 400 min manat bu şəxslərin oyunu ilə ölkədən çıxarılacaq.
Mənbənin məlumatında o da vurğulanır ki, “Qarasu” Əməliyyat Şirkətinin nəqliyyat xərclərinin büdcəsi 5.5 milyon manat təşkil edir. Ötən il Arif Alışov aqqust ayında nəqliyyatın qeyd edilən büdcəsin necə saf-çürük eibsə, indi də şirkət nəqliyyat vasitələrinə müxtəlif hissələrin alınması üçün əlavə pul vermir. Mənbənin iddiasına görə, hazırda yalnız pul yancaq sahəsində qalıb. Amma buna baxmayaraq 4 ay əvvəldən CTS şirkətinə ARDNŞ-nin adından pullar köçürülür. Şirkətin ehtiyyat hissələri almağa pulu yoxdu, ayrılan pul müyyən olunan istiqamətdə şişirdilmiş rəqəmlər sayəsində sovrulması bir yana. Bu tərəfdən də CTS şirkətinə Azərbaycan dövlətinin rəsmi şirkəti adından 4 vay əvvəlin pulu köçürülür. Mənbə iddia edir ki. əgər ARDŞ-ti, ölkənin maliyyə və vergi sektoru,eyni zamanda audit sektoru şirkətdə yoxlamalar aparsalar bunun şahidi olarlar və onlarla adam bu saxtakarlıqlara görə, cəzalandırıla bilər. Mənbənin iddiasına görə, şirkətə ruslar bir manat belə yatırım qoymadığından Arif Alışov kimlərdə bundan yararlanıb şirkəti dağıdır. ARDNŞ_nin isə bunlardan xəbəi yoxdur.Məlumatda vurğulanır ki. indi də Arif Alışanov və Adil Bəylərov ARDNŞ-nin adından metalom daşıyırlar, hər gün şirkət ərazisindən AZ Neftin direktoru Daşqının adına sənədləşən fakturalarla quyularda istifadə olunan borular çıxarılır.
Redaksiyadan: Qeyd edək ki, “qarasu” Əməliyyat Şirkətindən baş verənlərlə bağlı yeni-yeni məlumatlar redaksiyamıza daxil olduqca oxucularmıza çatdırılacaq. Amma çox təssüflər olsun ki, yuxarıda səsləndirilən məlumatlarda iddia edilənlərlə bağlı hələ də ARDNŞ-ti susmaqda davam edir və ölkənin əmlakını talayanlara qarşı hansısa ölçü götürülmür.
Vətəninfo.az