“Qarasu” Əməliyyat Şirkətində-ÜSYAN- Fəhlələr ayağa qalxdılar

“Qarasu” Əməliyyat Şirkətində-ÜSYAN- Fəhlələr ayağa qalxdılar
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə  "Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətinin "Mişovdağ2 adlanan sahəsində çalışan 250 –yə yaxın fəhlə aksiya keçirdib. Məlumata görə aksiya keçirdən fəhlələrin tələbi ramazan bayramı münasibəti ilə əlavə bayram haqları verilməsi, sğortalı olmalarına baxmayraq həkimlər tərəfindən yazılan dəriman peraparatları üçün qəbizlərin pulunun ödənilməməsi.Məlumata görə. təqribən 3-4 saata yaxın davam edən aksiya zamanı fəhlələr yola gətirilməyə çalışılıb və irəi sürdükləri tələblər yerinə yetriləcəyi bildirilib. Məlumata görə, fəhlələr - "Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətin nümayəndələrinə tələbləri yerinə yetirilməyəcəyi təqdirdə KİV-ni və TV-rı keçirəcəkləri aksiyalara dəvət edəcəklər və birbaşa TV-ya KİV-ni vasitəsi ulə ölkə prezidenti İlham Əliyevə - "Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətində baş verən kütləvi yeyintilərlə bağlı məlumat verəcəklər.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az