Qasparyan işdən çıxarıldı, Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etdi

Qasparyan işdən çıxarıldı, Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etdi

Ermənistan prezidenti Armen Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edib.

Miq.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş qərargah rəisi Onik Qasparyan rəsmi olaraq işdən çıxarılıb. Ermənistan baş naziri Nikol Paşinyan onun rəsmi şəkildə vəzifəsindən azad edilmiş sayıldığını bəyan edib.

Bundan sonra prezident Konstitusiya Məhkəməsinə müraciət edib. Lakin müraciətdə baş qərargah rəisinin işdən çıxarılmasına dair qərardan deyil, buna əsas verən qanundan şikayət əks olunub. Ermənistanda siyasi böhran davam edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az