Qazın və işığın qiymətinin qaldırılması ölkədə ciddi problemlər yaradacaq - Vahid Əhmədov
Elektrik enerjisi və qazın qiymətinin artırılması ölkədə ciddi problem yaradacaq
Miq.az Politika.Az-a istinadən xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov noyabrın 30-da parlament komitələrinin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, Tarif Şurası elektrik enerjisi və qazın qiymətini qaldırmaqla əlavə problemlərə yol açmış oldu.
"Belə ki, bu artım əhalidən yığımın səviyyəsini aşağı salmaqla yanaşı, digər məhsullarda və xidmət sahələrində qiymət artımına səbəb olacaq. Bu da ciddi problemlər yaradacaq”- deyə, millət vəkili vurğulayıb.
Miq.az