Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Gilan Turizm” şirkətinin təşkilatçılığı ilə Qəbələ rayonuna infotur təşkil olunub.
“Qafqaz” hotellər şəbəkəsi və Qəbələ turlarının təqdimatı məqsədilə keçirilən səfərdə yerli turizm şirkətləri və media nümayəndələri iştirak edib.
“Gilan turizm” şirkətinin direktor müavini Həsən Həsənli və “Qafqaz Karvansaray Hoteli”nin direktoru Süleyman Məmmədov tur iştirakçılarına rayonun turizm potensialı, mövcud turizm marşrutları, Qəbələdə yaradılan yeni turizm obyektləri, “Qafqaz” hotellər şəbəkəsi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Qəbələ müxtəlif beynəlxalq mədəni, siyasi və ictimai tədbirlərin keçirildiyi məkana çevrilib, Azərbaycan turizminin inkişaf etdiyi əsas bölgələrdən biridir.
İnfotur iştirakçılar “Heydər Əliyev Konqres Mərkəzi”, “Qafqaz Hotellər Şəbəkəsi”nə daxil olan “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Yengicə İstisu Sanatoriyası”, “Qafqaz Sport Hotel”, "Tufandağ Qış-Yay İstirahət Kompleksi", “Qəbələnd” İstirahət Mərkəzi, “Qabala Shooting Club” ilə tanış olublar.
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?