Ter-Petrosyan: “Çünki belə hakimiyyəti ələ almaq asandır”
Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Ararat vilayətində seçicilərlə görüşündə şok açıqlamalar verib.
O, açıqlamaların birində deyilib ki, Ermənistanda hakimiyyəti dəyişməyə qoymayan Qərbdir.
"Vətəninfo.az"-ın Mediaforum.az saytına istinadən verdiyi məlumata görə, Ararat vilayətinə mayın 6-da keçiriləcək parlament seçkisi kampaniyasında səfər edən Ter-Petrosyan bildirib ki, Qərbə Ermənistanda zəif hakimiyyət lazımdır, çünki belə hakimiyyəti ələ almaq asandır: “Hansı hakimiyyət erməni soyqırımını araşdırmaq üçün müştərək komissiyanın yaradılmasına razılıq verə bilərdi? Serj Sərkisyan 2007-ci ildə belə bir vəd verib, “Vikiliks” sənədlərində bunlar hamısı var. Sərkisyan seçkidən əvvəl Dağlıq Qarabağ probleminin Madrid prinsipləri əsasında həllinə razılışacağına da söz vermişdi. Bu həmin sənədlərdir ki, 1996-cı ildə xarici təzyiqlərə baxmayaraq ona veto qoymuşdum”
Ter-Petrosyan özünün prezidentliyi dövründə qorxu atmosferinin olmadığını, Azadlıq meydanında səhərdən axşama qədər mitinqlərin keçirildiyini vurğulayıb: “Son bir neçə ildə 100-dən çox mitinqin keçirilməsinə qadağa qoyulub. Biz bu azadlığı sizə qaytarmaq üçün qayıdırıq”.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT