Qida Təhlükəsizliyi Agentliyi nə vaxt işə başlayacaq?
"Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır və lazım olan texniki təşkilatı işlər görülməkdədir".
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, vaxtilə bir neçə dövlət qurumları və nazirliklərdə icra olunan funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir:
"Güman edirəm ki, bir neçə ay ərzində təşkilatı işlər tamamlanacaq və agentlik fəaliyyətini həyata keçirməyə başlayacaq".
Miq.Az