Qızına 400 minlik toy etdiyi deyilən Qüdrət Şükürov danışdı: İşdən qovulmamışam

Qızına 400 minlik toy etdiyi deyilən Qüdrət Şükürov danışdı: İşdən qovulmamışam
Qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov haqqında yazılan xəbərlərə münasibət bildirib.

Miq.az xəbər verir ki, Q.Şükürov olke.az-a açıqlamasında deyib ki, cinayət işinin açılması və işdən qovulması barədə yazılan xəbərlər yalandır:

"Mənim haqqımda heç bir cinayət işi və sairə açılmayıb, işdən çıxarılmamışam. Bu cür xəbərlər yalandır. Mən işimin-gücümün başındayam. Kimlərsə ağıllarına gələn xəbərlər yayırlar. Mənim işim-gücüm yoxdur? İndi durub bu adamlara vaxt sərf etmək istəmirəm. Bizi şərləyən adam artıq məhkəməyə də verilib”.

Xatırladaq ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel”) tərəfindən "Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin "Bakı Lift”in baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanılması barədə xəbərlər yayılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az