Meteohəssas insanlara XƏBƏRDARLIQ

Meteohəssas insanlara  XƏBƏRDARLIQ
Sentyabrın 19-da Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz  cənub-şərq küləyi  ilə əvəz olunacaq.

ETSN-dən   verilən məlumata görə, havanın temperaturunun gecə  17-21° isti, gündüz  30-35° isti, Bakıda gecə 18-20°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  40-50 % olacaq. 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə  15-20°, gündüz  31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az