QMİ ölən zəvvarların ailələrinə pul verdi

QMİ ölən zəvvarların ailələrinə pul verdi
Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti zamanı vəfat etmiş azərbaycanlı zəvvarların ailələrinin hər birinə 6 min manat məbləğində kompensasiya ödəyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
 "Kompensasiya QMİ ilə zəvvar arasında bağlanmış müqavilədə nəzərdə tutulan qaydada ödənilib", - R.Dadaşova bildirib.
 Xatırladaq ki, Həcc ziyarəti zamanı üç nəfər azərbaycanlı zəvvar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az