"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni – TƏYİNAT

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib.

Miq.az ucnoqta.az-a istinadən xəbər verir ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub.
Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri, ədliyyə polkovnik-leytenantı  Pərviz Abdullayev bir müddət bundan əvvəl qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az