Qorbaçov güllələnə bilər

Qorbaçov güllələnə bilər

SSRİ prezidentinin sirri açıldi
 
Rusiyanın «Комсомольская правда» qəzetində Boris Yeltsin və Mixail Qorbaçovun ABŞ prezidenti Corc Buş ilə söhbətinin stenoqramı yayıldıqdan sonra Federasiyanın İctimai Palatası eks-prezidenti dövlətə xəyanətdə ittiham etməyə başlayıb.  
 
Cebhe.info rus mətbuatına istinadən xəbər verir ki, Qorbaçov dövlət sirrini yaymaqda ittiham olundu.  Yayılan sənədlərdə Yeltsin və Qorbaçovun SSRİ-yə aid məsələləri, eləcə də gələcək inkişafla bağlı məqamları müzakirə etdiyi görünür.  Sənədlə tanış olan İctimai Palata üzvü Georgi Fedotov Baş Prokurorluğa müraciət edərək söhbətlərin məzmunun dövlətə xəyanət və dövlət sirrini yaymaq ittihamları ilə mühakiməyə cəlb edilməsi imkanlarının araşdırılmasını istəyib.  Qəzetdə dərc olunan stenoqramlar 1991-ci ilin 8 və 25 dekabr tarixlərindəki telefon söhbətlərini əks etdirir. Məlumata görə, MDB-nin yaradılması barədə saziş imzalandıqdan dərhal sonra- 8 dekabr 1991-ci ildə Boris Yeltsin ABŞ prezidentinə zəng edib. Telefon söhbəti 28 dəqiqə davam edib. Bundan 2 həftə sonra, 25 dekabrda ABŞ prezidentinə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov zəng edib. Bu dəfə söhbət 28 dəqiqə sürüb.  İctimai Palata üzvü Georgi Fedorov belə hesab edir ki, bu danışıqların məzmunu hər iki prezidentin ABŞ-a işlədiyini və SSRİ-ni bilərəkdən dağıtdıqlarını göstərir. "Bu insanlar satqındır” deyən İctimai Palata üzvü Baş Prokurorluqdan məsələnin araşdırılmasını istəyib.  Mətbuat xatırladır ki, əvvəllər Cinayət Məcəlləsinə görə, bu maddələrdə ittiham olunan şəxs dərhal güllələnırdi. Beləliklə, Qorbaçovun güllələnməsini mümkün edən sirri açıqlanıb

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az