Qorbaçov: "Türkiyə, Ermənistan və Qazaxıstanda..."
Türkiyə, Qazaxıstan və Ermənistanda baş verən son olaylar göstərir ki, bəzi qüvvələri dünyada qeyri-sabitlik yaratmağa çalışır.
Axar.az xəbər verir ki, bunu SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov deyib.
"Bəzilərinin dünyada xaos yaratmaq istədiyi açıq şəkildə görünür. Bənzər olayların baş verəcəyi təqdirdə faciələrdən qaçmaq mümkünsüz olacaq”, - Qorbaçoc bildirib.
Qeyd edək ki, son 1 həftə ərzində Türkiyədə uğursuz hərbi çevriliş cəhdi, Qazaxıstan və Ermənistanda isə polis məntəqlərinə hücumlar həyata keçirilmişdi.
Miq.az