“Quantanamo Kubaya verilməyəcək”

“Quantanamo Kubaya verilməyəcək”
ABŞ Dövlət katibi Con Kerri paytaxt Vaşinqtonda Kuba səfirliyinin rəsmi açılış mərasimindən sonra həmkarı Bruno Rodriqezlə birgə brifinq keçirib.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, Quantanamo həbsxanasının Kubaya verilməyəcəyini deyən ABŞ rəsmisi iki ölkə arasında münasibətlərin uzun müddət olmadığını bildirib:
"Əlbəttə, bu inkişaf təzahürləri iki dövlət arasındakı bir çox məsələnin həll olunduğu anlamına gəlmir. Lakin bunu söyləyə bilərəm ki, iki ölkənin yaxın əlaqələr qurması vacibdir. Bu səbəbdən biz də bu normallaşma prosesinə töhfə vermək üçün lazımlı cəhdlər edirik. Kubanın Quantanamo mövzusunda fikirlərini bilirik. Lakin yaxın gələcəkdə bunun müzakirə ediləcəyini düşünmürəm”.
Xatırladaq ki, iki ölkə arasında 1958-ci ildən diplomatik əlaqələrə son qoyulsa da, son vaxtlar münasibətlərdə istiləşmə hiss olunur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az