Qubada kanat qırıldı - 1 ölü, 4 yaralı

Qubada kanat qırıldı - 1 ölü, 4 yaralı

Qubada 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib.

"Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, "Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb. 

Kanatın qırılması nəticəsində avadanlıqda olan şəxslər zərblə yerə düşüblər. Otelin əməkdaşı, Quba rayon Amsar kənd sakini Rzayev Rüzgar Mürvət oğlu hadisə yerində həlak olub. 

Dörd yaralı isə xəstəxanaya yerləşdirilib. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az