"Charlie Hebdo" jurnalına hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

"Charlie Hebdo" jurnalına hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Fransanın paytaxtı Parisdə Charlie Hebdo jurnalının redaksiyasına edilən hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 10 nəfər isə yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır.

Vətəninfo.az  Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl şəhər prokurorluğu 10 nəfərin həlak olduğu barədə məlumatı təsdiqləmişdi. AFP agentliyinin məlumatına görə isə, həlak olanların arasında iki nəfər polis əməkdaşı da var.

Şahidlərin sözlərinə görə hadisə avtomat silah və qumbaraatanlarla silahlanmış qara maskalı iki şəxs tərəfindən törədilib.

Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən nəzarətə götürülüb. İl-de-Frans paytaxt regionunda isə fövqəladə vəziyyət elan olunub.

Hadisə yerinə gələn Fransa Prezidenti Fransua Olland redaksiyaya edilən basqınla əlaqədar hökumətin təcili iclasını çağırıb. Baş verənləri “Fransaya qarşı terror aktı” adlandıran dövlət başçısı “Fransa respublikasının prinsiplərinə hücum edənlərin” tapılaraq cəzalandırılacağına söz verib.

Parisdə baş vermiş hadisəni qınayan Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkəsinin Fransanın terrora qarşı mübarizəsini və söz azadlığını müdafiə səylərini dəstəklədiyini bildirib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az