“Hazırda dondurma bazarında böyük problemlər yaşanır”. Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib.
O, dondurma istehsal edən şirkətlərdə nöqsan aşkarlandığı halda onlar barəsində anti-reklam işinin aparıldığını və dövlət orqanlarına məlumat verildiyini bildirib:
“Biz dondurma bazarında il ərzində tədqiqat aparmışıq və USAİD-in (ABŞ İnkişaf agentliyi) layihəsi çərçivəsində 2011-ci ildən bu bazarı tədqiq edirik. Layihə ondan ibarət idi ki, Azərbaycan mallarının xaricdə və daxili bazarda rəqabətə davamlılığını təmin etmək üçün Azərbaycan İstehlakçılarının qida təhlükəsizlik nişanı təsis olunsun. Bu, dünyada ilk təcrübə idi. Bu nişanı təsis etdirdik və dövlət qeydiyyatına alındı. Bundan sonra dondurma istehsalçılarına bunu şamil etmək qərarına gəldik və Azərbaycanda yalnız Camal LTD-nin “İceland” dondurmaları buna uyğun gəldi. Digər dondurma istehsalçılarının hərəsində bir nöqsan tutuldu. Nöqsan tutulan istehsalçılara qarşı yalnız anti-reklam işi aparırıq və dövlət orqanlarına məlumat veririk. Hələlik mövsüm başlayandan bəri heç bir şikayət daxil olmayıb. Biz əsasən şikayətlər əsasında bu işi görürük. Lakin əhali zənglər edir. Onlar əsasən, dondurmaların acılığından şikayətlənirlər”.
Axar.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?