"Mən düşünürdüm ki, "Günə Baxan"ı mənim təqdimatımda insanlara sevdirmək vaxt tələb edəcək"
"Mən insanların qarşısına "Günə Baxan" verilişinin aparıcısı kimi çıxmaq məqamında çox həyəcanlı idim. Artıq 7 ildir ki, insanlar məni çox ciddi, bir az psixoloji, süjet xətti ağır olan verilişlərin aparıcısı kimi görmüşdü". Bu sözləri "Günə Baxan" verilişi ilə reytinqləri alt-üst edən Azərbaycanın ən tanaınmış aparıcılarından biri- Elgiz Əkbər deyib.
Elgiz yeni mövsümlə bağlı sürprizlərini deməkdən çəkinsə də, maraqlı açıqlamalar verib.
- "Adam İşində" layihəsindən sonra "Günə Baxan"nın aparıcı olmaq çətin olmadı?
- Bu verilişin ilk efir günü mən çox həyəcanalı idim. "Günə Baxan"da bir az əyləncə var. Əslində, hesab etmirəm ki, bu, sırf şou-biznes, əyləncə xarakterli verilişdir. Çünki "Günə Baxan"ın özündə də müəyyən mövzular qoyulur, gündəmdə olan məsələlər müzakirəyə çıxarılır. Amma hər halda, burada musiqi var, əyləncə var, oynamaq var. Oynamağı bacarmayan bir insan kimi, çox ciddi verilişin aparıcısı olaraq tanınan bir insan kimi mən hesab edirdim ki, "Günə Baxan"ı mənim təqdimatımda insanlara sevdirmək vaxt tələb edəcək. Lakin tamaşaçılar özləri mənə böyük dəstək oldular. Proqramı çox qısa müddətdə - elə ilk buraxılışından sonra yükssk reytinq topladı.
- Və tamaşaçılar sizi bu verlişdə də sevdilər...
- Mənim üçün çox gözlənilməz oldu ki, birinci verilişdən sonra proqram çox reyqtinqli oldu. Tamaşaçılar məni "Günə Baxan"ın aparıcısı kimi qəbul etdilər. Beləliklə, insanlara artıq reytinqləri darmadağın edən bir proqram təqdim edilir. Çox sevinirəm.
- Tamaşaçıları hansı sürprizlər gözləyir?
- Tamaşaçılarıma üzümü tutub deyirəm: mən sizləri çox sevirəm, sizə dəyər verirəm. Mənə dəyər verib bizim verilişimizi belə mütəşəkkil seyr etdiyinizə görə çox sağ olun. Hər zaman olduğu kimi, mən də çalışıram ki, sizə könlünüzü oxşayan proqram təqdim edim.
ANS