"Keçmiş 4 nazirin məsələsini yenidən gündəliyə çıxaranlar Türkiyə Konstitusiyasını bilmir".
Vətəninfo.az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü səlahiyyətlərini icra edən Bülənt Arınc deyib.
O bildirib ki, seçkidən 5 gün keçib və bu müddətdə təxmini nəticələr açıqlanıb: "Parlament üzvləri and içməli, Türkiyə Böyük Millət Məclisinə sədr seçməlidir. Bundan sonra baş nazir Əhməd Davudoğlu hökumətin qurulması ilə bağlı görüşlər keçirəcək".
B.Arınc hökumətin qurulması ilə bağlı danışıqların hələ başlamadığını, amma bu yöndə KİV-də çeşidli məlumatların yayılmasının təbii olduğunun söyləyib: "Ancaq bu haqda yazılanların heç biri rəsmi deyil. İyunun 14-də Nazirlər Kabineti toplanacaq".
O, koalisya hökumətinin qurulması ilə bağlı irəli sürülən şərtlərə də münasibət bildirib. B.Arınc deyib ki, 2013-cü il dekabrın 17-25-də keçirilən antikorrupsiya əməliyyatı bir dəfə parlamentdə müzakirə olunub: "Keçmiş 4 nazirlə bağlı məsələnin yenidən gündəliyə çıxarılması ölkə konstitusiyasını çeynəməkdir. Bu məsələni deyilməsi Əsas Qanunu bilməzlikdən irəli gəlir".
Onun sözlərinə görə, siyasətdə "qırmızı xətt" olmaz" ""Qırımızı xəttim budur. "Qəbul etmirəm" anlayışı doğru deyil. Özünə güvənən siyasətçi bu yolu tutmaz. Doğru-düzgün fəaliyyət göstərilərsə, ölkə üçün faydalı bir hökumətin qurulacağını düşünürəm".
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası və Miliyyətçi Hərəkat Partiyasının koalisiya hökumətinin qurulmasında iştirak etmək üçün irəli sürdükləri şərtlərdən biri də keçmiş 4 nazirin işi ilə bağlı parlament komissiyasının yaradılması və həmin əməliyyata dair sənədlərin Türkiyə Böyük Millət Məclisində yenidən müzakirə edilməsidir.