"Vətəninfo.az" Türkiyənin məşhur aktrisası Beren Saatın yeni serialı "İntikam" haqqında Türkiyə mətbuatına verdiyi müsahibəni sizə təqdim edir:
- Niyə “İntiqam” serialını seçdiniz?
- Rol çox maraqlı gəldi. Xarakterin gerçək adı Dərindir. Atasının üzərinə bir cinayət atıb öldürənlərdən intiqam almaq üçün “Yağmur” adı ilə geri qayıdır.Yəni oynadığım obrazın içində başqa bir xarakter daha var. Oyun içində oyundur.
- Dərin yoxsa “Yağmur” daha cazibədardır?
- Bir-birindən ayırmaq nə qədər doğrudur bilmirəm. Dərin bir az daha içinə qapalı və maskülendir. Yağmur isə daha xaricə dönük, özünəinamlı və feminist qadındır. Bütün bu ziddiyyətlərə birlikdə sahiblənirəm. Çünki ortaq cəhətləri tənhalıqdır.
- “İntiqam” serialı bir filmin türk versiyasıdır. Bu sizi narahat etmir?
- "Disney"lə ortaq olması və Kanal D-nin istehsalı olması işin professional olmasının qarantiyasıdır. Qərar verərkən bunları nəzərə aldım. Obrazlar və münasibətlər türkləşdirilir. Serialda əsas hekayəyə və bölüm hekayələrinə uyğun dəyişikliklər edilir. Orijinalini izləyənlər üçün təkrar olmayacaq.
- Xarici versiya “Revenge”i izlədinizmi?
- Layihəyə gəldikdən sonra izlədim. İndi ikinci mövsümü izləyirəm. Oradakı oyunçulara görə daha şanslı olduğumuzu hiss edirəm.
- Niyə?
- Çünki hekayəni bilərək xarakteri qurmaq üstünlükdür.
- Orijinal serialın baş rol oyunçusu Emily Van Camp ilə müqayisə ediləcəksiniz. Hazırsınızmı?
- "Fatmagülün suçu ne" və "Aşkı memnu"-da daha əvvəldən çəkilmişdim. Zaman və şəhər dəyişdirildi, xarakterlər tam fərqli oldu. Kino və serial praktikası fərqli idi. O vaxtlar oyunçular öz səslərindən istifadə etmirdilər. Ona görə müqayisə etmək mümkün deyil.
- Gerçək həyatda da intikamçı birisinizmi?
- Yox, intiqam alacaq qədər hirsli biri deyiləm. Yalnız sərt və soyuq davranaram.