Qusar xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanlar verilməsi ilə bağlı YENİ DETALLAR

Qusar xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanlar verilməsi ilə bağlı YENİ DETALLAR
Hazırda oxunan: Qusar xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanlar verilməsi ilə bağlı YENİ DETALLAR
Xəbər verildiyi kimi Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddia edilir.

Məlum məsələdə isə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyevanın (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) adı çəkilir. İddia olunur ki, İlhamə Hacıyeva tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib. Bununla bağlı isə həkimlərin qrupunda aptek əməkdaşının yazışmaları paylaşılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə məlum yazışmalarla bağlı Qusar rayon prokurorluğuna vətəndaşlardan müraciətlər daxil olub. Müraciətlər əsasında isə araşdırma başlanılıb.

Qeyd edək ki, sözügedən iddia ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) də araşdırma aparılır.

Digər məlumata görə Qusar rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin tibb personalının bir neçə əməkdaşı TƏBİB-ə çağırılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az