TÜRKPA Baş Katibi Ramil Həsənov ’’Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu’’nun (ASAIF) 6-7 aprel 2012-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək növbəti forumunda iştirak edəcək. “Vətəninfo.az”a TÜRKPA-dan verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, gənclərin problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaqdır. Eyni zamanda tədbirin digər önəmli cəhəti dövlət rəsmiləri ilə gənclərin bir araya gətirilərək onlar arasında dialoqu təmin etmək və Macarıstan-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığının artırmaqdır. Tədbirin işində dövlət rəsmiləri, millət vəkilləri, səfirlər, həmçinin bir çox media strukturların rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimləri və müxtəlif sahələrdən olan qonaqların iştirakı nəzərdə tutulur. Forumun 2-ci günündə ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri və dörd fərqli mövzunu əhatə edən işçi qrupları üzrə müzakirələr keçiriləcək. TÜRKPA Baş Katibi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu’’ mövzusunda keçiriləcək panelin moderatoru olacaq.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər