Ramil Usubov polis polkovnikini təqaüdə göndərdi

Ramil Usubov polis polkovnikini təqaüdə göndərdi
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polkovniki təqaüdə göndərilib.

Miq.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Ə. Məcidov əvvəllər BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az