Ramil Usubov polis rəisi və iş adamını cəzalandırdı

Ramil Usubov polis rəisi və iş adamını cəzalandırdı

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüqar Qasımova töhmət verilib. Bu barədə istiqlal.az-a Göyçaydakı mənbələrdən məlumat daxil olub.

Yada salaq ki, oktyabrın 15-də Göyçay sakinləri Bakı-Qazax magistral yolunun Göyçay şəhəri ərazisindən keçən - "Qırmızı körpü" adlanan hissəsində yolu bağlayıb. Etiraza səbəb Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüqar Qasımovla sürücülər arasında yaranan narazılıq olub. Və narazılıq lokal etiraz aksiyasına çevrilib.

Mənbənin məlumatına görə, insidentin təşkilatçısı sayılan iş adamı Çingiz Mayılov da 20 sutka inzibati qaydada həbs edilib. Nazir polis rəisinə heç bir narazılıq yaratmamağı və problemi həll etməyi tapşırıb.

Bəzi məlumatlara görə, nazirin göstərişi ilə V.Qasımov konfiliktdə olduğu yol polisi əməkdaşları ilə də barışıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az