Rauf Mirqədirov azadlığa buraxılıb - FOTO

Rauf Mirqədirov azadlığa buraxılıb - FOTO
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Miq.az "Report”un məlumatına istinadən xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, jurnalistə 5 il şərti həbs cəzası verilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az