I Avropa Oyunları zamanı rayonlardan Bakıya gələn avtomobillərin saxlanacağı ünvanlar açıqlanıb.
Vətəninfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, rayon qeydiyyatında olan maşınların Bakıya daxil olmaması üçün xüsusi yaradılan dayanacaqlar sabahdan etibarən sürücülərin istifadəsinə veriləcək.
Məlumata əsasən, Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılıb. Dayanacaq pulsuzdur.
Ümumilikdə 8 hektar ərazi ayrılıb. Avtomobillər həmin ərazilərdə nəzarət olunmaqla park olunacaq və ayrılmış ekspress avtobuslar və marşrutlar vasitəsi ilə hər kəs şəhərə daxil ola biləcək. İdarədən bildirdilər ki, vətəndaşların rahatlığını təmin etmək üçün hər şey yaradılıb.
Qeyd edək ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin və rayon qeydiyyatı olan avtomobillərin daxil olmasına tam məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?