Razi Nurullayev reket jurnalistləri İFŞA ETDİ - VİDEO

Razi Nurullayev reket jurnalistləri İFŞA ETDİ - VİDEO
"Müəyyən bir kateqoriya jurnalistlər var ki, onların marağı yazı dərc edib, sonra aidiyyəti şəxsdən pul tələb etməkdir”.

KONKRET.az xəbər verir ki, bu fikri deputat Razi Nurullayev "TV1” telekanalının layihəsi olan "Media gündəmi” verilişində səsləndirib.

"Reket jurnalistlər bir yazını saytda yerləşdirir. Sonra isə onu silmək üçün deputatdan pul tələb edirlər. Mən bu cür halla qarşılaşmışam, ancaq qəti surətdə pul verməmişəm. Ümumiyyətlə, bundan sonra da pul vermək fikrim yoxdur. Əksinə, mənə qarşı bu cür hərəkət edən bir reket jurnalisti həbsə atdırmışam. İndi həbsdən çıxıb. Üzərinə böyük cərimə də qoyublar. Ancaq bu haqda çox danışmıram. Çünki Razi Nurullayevin jurnalistlərlə mübarizə aparan deputat kimi qələmə verilməsini istəmirəm”, – deyə millət vəkili vurğulayıb.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az