Rədd olsun PKK!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə həmvətənləri ilə görüşüb.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, ata ocağı Rizənin Güneysu mahalında Ərdoğan onu qarşılayan həmvətənlərinə xitab olaraq çıxış edib:
"Sizin bu coşğunuz, həyəcanınız bizi, həqiqətən, qürurlandırır. Bizə də fərqli bir coşğu verir. Son dövrlərdə, xüsusilə, ölkəmizdəki terror bəlasından bilirəm ki, siz də narahatsınız. Rədd olsun PKK! Əziz həmvətənlərim, unutmayın ki, qorxaqlar üçün heç vaxt zəfər yoxdur. Bunların gücü yoxdur. Alçaqların çıxacağı kiçik təpə də çökəklikdir. Onlar yıxılmağa məhkumdur. Son dövrlərdə apardığımız əməliyyatlar müvəqqəti deyil. Bu əməliyyatlar gücümüz çatan nöqtəyə qədər davam edəcək. Heç kim bizi yolumuzdan saxlaya bilməz. Onların arxasında terror təşkilatları, bizim arxamızda isə Allah, xalq var. Biz xalqımızla gedirik, haqla gedirik. Sizlərlə birlikdə getməyə davam edəcəyik. Narahat olmayın, güclüyük. Bunlara dəstək verənlər də, bunları idarə edənlər də gec-tez məğlub olacaqlar”.
-