Roma Papası: miqrant soyqırımına son qoyulmalıdır

Roma Papası: miqrant soyqırımına son qoyulmalıdır

Vatikanın Müqəddəs Pyotr meydanında Roma Papası Fransisk ənənəvi mərasimdəki çıxışında miqrant soyqırımına son qoyulmasının vacibliyini vurğulayıb.

O, təəssüf hissi ilə bildirib ki, bu təhlükəli səyahət boyunca xeyli sayda miqrant həyatını itirib.

AZƏRTAC İtaliyanın ANSA Agentliyinə istinadla xəbər verir ki, Roma Papası bu cinayətlərin bütünlüklə insanlığı və bəşəriyyəti təhlükə altına atdığını diqqətə çatdırıb və bu yaxınlarda Avstriyada yük maşınında ölü tapılmış 71 miqrantın ruhuna dua oxuyub.

Qeyd edək ki, Avropa İttifaqı son miqrant böhranı ilə bağlı problemləri müzakirə etmək üçün sentyabrın 14-də xüsusi görüş keçirəcək. Görüşün təşkili Fransanın və Böyük Britaniyanın daxili işlər nazirləri tərəfindən irəli sürülüb.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az