Rusiya Müftiləri Şurasının (RMŞ) rəhbəri Ravil Qaynutdin Rusiyada mehmanxana və turizm seqmentində halal xidmətlərin təqdimi qaydalarını tənzimləyən ilk sənədi təsdiqləyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumat RMŞ-nin saytında yer alıb.
Məlumatda RMŞ-nin “Xəyal” beynəlxalq standartlaşdırma və sertifikatlaşdırma mərkəzinin direktoru Aydar Qazizovun sözləri sitat gətirilib: “Turizm və mehmanxana biznesi iştirakçılarının “Halal” sənayesinə yüksələn marağını, Cənub-Şərqi Asiyadan, Çindən turist axınının çoxalmasını nəzərə alaraq, müfti şeyx Ravil Qaynutdinin imzaladığı müsəlman ölkələrinin dünya standartına dair sənəd son dərəcə lazım idi. Bu sənəd turistlərlə yanaşı, halal xidmətini təqdim edən şirkətlər üçün də faydalı olacaq… Mehmanxanalar “Halal” standartlarında ulduzla deyil, ayla dərəcəyə bölünəcəklər”.
“Mehmanxanalarda və digər yerləşmə məkanlarında halal xidmətləri” adlı sənədin mətnində bildirilir ki, müsəlman qonaqlara təqdim olunan nömrələr şəriət normalarına uyğun olmalıdır. Xüsusilə, hər nömrədə Qiblənin səmti (ibadət zamanı Məkkədə Kəbə istiqaməti) göstərilməli, müqəddəs Qurani-Kərimin nüsxəsi, namaz xalçası, dəstəmaz üçün aftafa-ləyən olmalıdır. Qonaqlara halal qida həmişə əlyetərli olacaq, o cümlədən Ramazan ayında iftar və imsak üçün imkan yaradılacaq.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib