Rus ordusu fosfor bombasından istifadə etdi
Bu gün Avdeyevkada Rusiya fosfor bombasından istifadə edib.
Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.
"Təəssüf ki, digər şəhərlərdə də atəşlər davam edir, demək olar ki, gecə-gündüz atəş açılır. Artıq fosforlu sursatdan da istifadə edilir. Luqansk vilayətində istifadə olunub və indi, təəssüf ki, bu, demarkasiya xətti boyunca digər şəhərlərdə də artıq istifadə olunur”, - Kirilenko bildirib.