Rusiya Avropa Şurasını tərk etdi: “Bir-birinizlə zövq alın”

Rusiya Avropa Şurasını tərk etdi: “Bir-birinizlə zövq alın”

Rusiya Avropa Şurasını tərk etdiyini bəyan edib. Alp.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Avropa İttifaqının dövlətləri və NATO Avropa Şurasının Nazirlər Komitəsindəki mütləq çoxluğundan istifadə edərək Avropa İttifaqının və Avropa məkanında humanitar-hüquqi məkanı dağıtmaq xəttini davam etdirir”, – deyə sənəddə bildirilib.

Bəyanatda qeyd edilib ki, Moskva Avropa Şurasının NATO və Aİ tərəfindən Qərb narsizminə çevrilməsində iştirak etməyəcək: "Bir-birinizlə Rusiyasız zövq alın. Hadisələr geridönməz xarakter alır. Rusiya belə dağıdıcılıq fəaliyyəti ilə barışa bilməz. Moskva burada iştirak etməyəcək”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az