Rusiya Azərbaycana yeni raket kompleksləri satıb

Rusiya Azərbaycana yeni raket kompleksləri satıb

Böyük Britaniyanın "DailyStar” nəşrinin analitiki PiterTrumen özünün "Putinin son silahı havada Amerika raketlərini üfürəcək” adlı məqaləsində Rusiyanın modifikasiya olunmuş, raket və hava hücumundan müdafiə əleyhinə nəzərdə tutulan "Top” zenit-raket kompleksindən yazıb.

Azərbaycan 24 xəbər verir ki, məqalədə müəllif adı çəkilən komplekslərin Rusiya ilə yanaşı, hazırda Azərbaycanın da istifadəsində olduğunu iddia edib. Analitik iddia edib ki, Rusiyanın bu məhsulu yüksək dəqiqlikli, idarə edilən raketləri, o cümlədən ABŞ bombardmançılarının "AmericanPaveway” raketlərini məhv eləmək qabiliyyətindədir.

Məqalədə deyilir ki, həmin sistemlər mühüm iqtisadi, inzibati və hərbi obyektləri, quru qoçun birləşmələrinin ön eşelonlarını RLS və qanadlı raketlərin, məsafədən idarə olunan uçan aparatların, təyyarə və vertolyotların hücumlarından qorumaq üçün nəzərdə tutulub. Müəllif yazır ki, kompleksin əsas xüsusiyyəti gedə-gedə, fasilə vermədən atəş açmasıdır.
Əlavə edək ki, Rusiya KİV-i Bakıya 8 vahid "Top” zenit-raket kompleksinin verildiyini yazmışdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az