Rusiya Azərbaycanla sərhəddə qoşunları ayağa qaldırdı

Rusiya Azərbaycanla sərhəddə qoşunları ayağa qaldırdı
Rusiya ordusu ölkənin cənubunda geniş miqyaslı hərbi təlimlərə start verib.
 
Miq.az Axar.az-a istinadən  xəbər verir ki, təlimlər Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qoşun birləşmələri tərəfindən Dağıstanda başlayıb.
 
Motoatıcı briqadanın təxminən 1000 hərbi qulluqçu və 300-dən çox hərbi texnika "Dalni" poliqonuna yollanıb.
 
Təlimdə silahlardan və qumbaraatanlardan istifadə edilməsi planlaşdırılır. "Qrad” və T-90A tankları və piyada döyüş maşınları təlimlərdə yer alacaq. 
 
Təlim aprelin 9-dək davam edəcək.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az