Rusiya daha iki kəndi işğal etdi

Rusiya daha iki kəndi işğal etdi

Düşmən Lisiçansk və Severodonetsk yaxınlığında yerləşən Loskutovka və Ray-Aleksandrovkanı işğal edib. Bundan başqa, onlar Lisiçansk-Baxmut magistralına nəzarəti ələ keçirmək planlarından əl çəkmirlər.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

"Donetsk istiqamətində düşmən əsas səylərini Severodonetsk üzərində tam nəzarətin yaradılmasına cəmləşdirir. Bundan əlavə, işğalçı Lisiçansk bölgəsində Ukrayna hərbçilərini mühasirəyə almaq üçün hücum əməliyyatlarını davam etdirir. Həmçinin Sirotin yaşayış məntəqəsini ələ keçirməyə çalışır”, - məlumatda deyilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az