Rusiya Ermənistan barədə seçimini etdi

Rusiya Ermənistan barədə seçimini etdi

"Razılaşma tezliklə icra olunmalıdır"

Rusiya Ermənistanı Cənubi Qafqazda əsas müttəfiq hesab edir. Bunu ötən gün İrəvanda Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşü zamanı Rusiyanın müdafiə nazirinin müavini Ruslan Tsalikov bildirib.

R.Tsalikov Rusiya MN rəhbəri Sergey Şoyqunun adından Ermənistan milli ordusunun yaranmasının 25 illiyi münasibəti ilə V.Sarqsyanı təbrik edib. Bu barədə İstiPress-in "RİA Novosti”yə istinadən verdiyi xəbərə deyilir.

"Bu müddət ərzində respublikada regiondakı hərbi təhlükəsizliyə mövcud təhdidlərə effektiv müqavimət göstərməyə, Ermənistanın müdafiə qabiliyyətini və mühafizəsini yüksək səviyyədə təmin etməyə qadir silahlı qüvvələr yaradılıb. Ermənistanı Cənubi Qafqazda müttəfiq və əsas tərəfdaş hesab edirik”, - deyə R.Tsalikov bildirib.   

"Bu bizim üçün çox vacibdir. Mən ümid edirəm ki, əldə olunan razılaşmalar, 2017-ci ilin tədbirlər planında əks olunan məsələlər vaxtında reallaşdırılacaq”, - deyə Sarqsyan bildirib. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az