Rusiya Ermənistana yeni silahlar verir

Rusiya Ermənistana yeni silahlar verir
Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə yeni silahlar verəcək.

Publika.az xəbər verir ki, bu barədə Hərbi-Texniki Avadanlıq üzrə federal Xidmətin direktoru Dmitri Şuqay deyib.

Onun sözlərinə görə, KTMT ölkələrinə müdafiə sistemləri və vertolyotlar çatdırılacaq.

Rusiya Hava-kosmik güclərinin baş komandanı Viktor Bondaryev isə bildirib ki, Qazaxıstana, Tacikistana zenit-raket kompleksləri, Qırğısıztana müdafiə sisteminin müasir texnikasını, Tacikistana aviasiya və zenit-raket kompleksi, Ermənistana və Belarusa hava hücumundan müdafiə sistemləri veriləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az