“Rusiya Gürcüstanda çaxnaşma yaradacaq”-Politoloq

“Rusiya Gürcüstanda çaxnaşma yaradacaq”-Politoloq

Rusiyanın Gürcüstana qarşı hərbi aktivlik nümayiş etdirəcəyi inandırıcı deyil.
 
Bunu Gürcüstan mətbuatına açıqlamasında politoloq Mamuka Areşidze söyləyib.(Axar.az) Onun sözlərinə görə, Rusiya-Türkiyə konfliktinin zəifləməsi Tiflis üçün yeni imkanlar yaradıb:
 
"Biz indiyə qədər qorxurduq ki, bu konflikt Gürcüstan ərazisində aparılacaq. Lakin son günlər Rusiya-Türkiyə konflikti xeyli zəifləyib. Hərbi-siyasi baxımdan Rusiyanın spekulyasiyaları gələcəkdə də davam etdiriləcək. Əgər hökumət Rusiyaya qarşı sərt bəyanatlar işlətsə, biz rusların dərhal Sxinvalidəki aktivliyini görəcəyik. Bu il bizim ölkədə parlament seçkisi baş tutacaq. Təbii ki, bəzi qonşularımız bundan istifadə edib, ölkədəki situasiyanı qarışdıracaqlar. Bundan sonra bu proseslərdən öz maraqları üçün istifadə edəcəklər. Rusiya istəyir ki, onun maraqlarına xidmət edən şəxslər parlamentə düşsünlər. Moskva Gürcüstana öz təsirini gücləndirəcək. Bunun üçün isə ən müxtəlif variantlardan istifadə edəcək”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az