Rusiya hücuma hazırlaşır? - Soyuq savaş

Rusiya hücuma hazırlaşır? - Soyuq savaş
Rusiya ABŞ-ın Koreya yarımadasında raketdən müdafiə sistemi yerləşdirməsini ASEAN ölkələrinin xarici işlər nazirlərinin iyuldakı iclasında müzakirəyə çıxaracaq. 
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "RİA-Novosti” agentliyi yayıb. 
 
Qeyd edək ki, ASEAN ölkələrinin xarici işlər nazirlərinin iclası Laosda keçiriləcək. 
 
Bundan öncə, ABŞ-la Cənubi Koreya THAAD raketdən müdafiə sistemlərinin Koreya yarımadasında yerləşdirilməsi barədə razılaşıblar. Vaşinqton və Seul bununla Şimali Koreyadan gələcək təhlükədən siğortalanmağı hədəfləyirlər. Moskva isə Vaşinqtonun bu addımından ciddi narahat olduğunu artıq bəyan edib. Kreml bu raketdən müdafiə sistemlərinin qlobal strateji stabilliyi poza biləcəyini söyləyib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az