Rusiya kürdlərə yeni silahlar göndərir

Rusiya kürdlərə yeni silahlar göndərir

Şimali İraq Kürd Regional Rəhbərliyi Rusiyadan silah almağa hazırlaşır.

 

Miq.az xəbər verir ki, bu açıqlama ilə İraq Kürd Regional Rəhbərliyinin Moskva üzrə nümayəndəsi Aso Tələbani çıxış edib.

O bildirib ki, gələn ay İraqdan olan nümayəndə heyəti silah razılaşması ilə bağlı Rusiyaya səfər edəcək:

"Silah satışı ilə bağlı Ərbil və Moskva arasında ilkin razılıq əldə olunub. Silahların nə zaman göndəriləcəyi isə toplantıdan sonra bəlli olacaq. 4 ay əvvəl yüngül silahlar almışıq. Bu dəfə isə zenit raketləri almağı planlaşdırırıq”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az