Rusiya MN həmişəki ampluasındadır: “Furux”, “Dağlıq Qarabağ silahlı birləşmələri”…

Rusiya MN həmişəki ampluasındadır: “Furux”, “Dağlıq Qarabağ silahlı birləşmələri”…

"Son sutka ərzində Azərbaycan Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən FURUX qəsəbəsi ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması qeydə alınıb, nəticədə Dağlıq Qarabağ silahlı birləşmələrinin 1 hərbi qulluqçusu yaralanıb. Sülhməramlı kontingentin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb”.
 

Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının "sülhməramlı”lara aid bölməsində aprelin 19-u Bakı vaxtı ilə saat 20:00-a dair bülletendə belə deyilir.
 
Atəşkəsin gerçəkdən pozulub-pozulmaması başqa məsələdir. Diqqəti çəkən əsas odur ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasından bəri keçən dövrdə  Azərbaycanın rəsmi və qeyri-rəsmi qurumlarının, media və ictimaiyyətinin etirazlarına, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin martın 26-27-də verdiyi bəyanatlara rəğmən Rusiya MN öz xəbər, bülleten və xəritələrində "Dağlıq Qarabağ” və "Dağlıq Qarabağ silahlı birləşmələri” ifadələrini işlətməkdən əl çəkmir. Həmçinin Azərbayacn MN-in son bəyanatlarında vurğuladığı Azərbaycan Respublikası Xocalı rayonunun Fərrux kəndinin adını yenə də "Furux” kimi işlədir.
 
Bu isə növbəti dəfə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyü və sueverenliyinə, eləcə də Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı V. Putin tərəfindən də imzalanmış  10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə də hörmətsizlikdir.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az