Rusiya Olimpiya Oyunlarından kənarlaşdırıldı

Rusiya Olimpiya Oyunlarından kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurası Rusiya millisini 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırıb.

Miq.Az oxu.az-a istinadən bildirir ki, bu barədə təşkilatın prezidenti Tomas Bax bəyan edib.

Dopinq qəbul etmədiklərini sübuta yetirən idmançılar neytral bayraq altında çıxış edə biləcəklər. Rusiya Olimpiya Komitəsi Şuranın qərarı ilə diskvalifikasiya olunub. Bundan əlavə Rusiya İdman Nazirliyinin heç bir məmuruna akkreditasiya verilməyəcək.

Qış Olimpiya Oyunları 2018-ci ilin fevralın 9-dan 25-ə qədər Cənubi Koreyanın Phençhan şəhərində keçiriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az