Rusiya raketinə görə Almatı-Bakı reysinin istiqaməti dəyişdi
Qazaxıstana məxsus "Airastana" milli aviaşirkəti Rusiya
Hərbi-Dəniz Qüvvələrinin gəmisindən Xəzər dənizi üzərindən raket
zərbələrinin endirilməsi ilə əlaqədar olaraq Almatı-Bakı-Almatı reysinin
marşrutunda dəyişiliklər edib.
"Report"un "Astana"
telekanalına istinadən verdiyi məlumata görə, aviaşirkət həmçinin
bildirib ki, yaxın vaxtlarda Almatı-Tblisi və Almatı-İstanbul
reyslərinin marşrutları da dəyişdirilə bilər: "Hava gəmiləri Xəzər
dənizinin tamamilə kənarından keçərək, reyslərini yerinə yetirəcəklər".
Aviaşirkətdə
həmçinin bildirilib ki, Almatı-Bakı reysi üzrə uçuşların sürəkliyi
trayektoriyanın dəyişməsinə görə çoxalıb. Həmçinin yanacaq xərcləri də
artıb, ancaq bu, biletlərinə qiymətinə təsir göstərməyib. "Biz
sərnişinlərdən bu məsələyə anlayışla yanaşmalarını xahiş edirik. Çünki
bu yenmə də təhlükəsizlik tədbirlərinin artırılmasın ilə əlaqdar həyata
keçirilir", - deyə aviaşirkətdən bildirilib.
Xatırladaq ki,
Rusiyanın Xəzər üzərindən Suriya ərazisindəki hədəflərə uzunmənzilli
raketlərlə zərbələr endirməsi beynəlxalq aviasiya təşkilatları və
aviaşirkətlərin narahatlığına səbəb olub. Avropa Aviasiya Təhlükəsizliyi
Agentliyi (AAT) Xəzər dənizi, İran və İraq üzərindən hava daşımaları
üzrə uçuşlar həyata keçirən aviaşirkətlərə xəbərdarlıq edib.
Vətəninfo.az