Rusiya Ukraynaya vakuum bombaları atdığını etiraf etdi?..
Rusiya etiraf edib ki, Ukraynaya qarşı müharibə zamanı termobarik sursatlardan istifadə edə bilən "TOS-1 Solntsepyok" reaktiv raket sistemindən yararlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə məxsus "Zvezda” telekanalı məlumat yayıb.
Martın 9-da telekanal məlumat yayıb ki, martın 4-də işğalçı artilleriyaçı Sergey Qubarev Çerniqov vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşdə "TOS-1A" "Solntsepyok” sistemindən istifadə edib.
Ukrayna mediasının yaydığı məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi buna reaksiya verərək rusların "TOS-1A" da termobarik döyüş başlıqlarından ("vakuum bombaları” da deyilir) istifadə edə biləcəyini vurğulayıb. Və Rusiya işğalçılarının Ukraynanın dinc əhalisinə qarşı "TOS-1A" sistemindən istifadə etməsi beynəlxalq müharibə hüququna ziddir.
Sultan Laçın