Rusiya və Belarusa yeni sanksiyalar təsdiqləndi - Siyahı

Rusiya və Belarusa yeni sanksiyalar təsdiqləndi - Siyahı

Avropa Birliyi Şurası Ukraynaya hücumla əlaqədar Rusiya və Belarusa qarşı sanksiyaları təsdiq edib.

Miq.Az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi (AB) Şurasının bəyanatında bildirilib.

Sanksiyalara aşağıdakılar daxildir:

Belarusun SWİFT banklarına - "Belagroprombank", "Dabrabyt" və "İnkişaf Bankı" və onların törəmə şirkətlərinə girişin məhdudlaşdırılması;

Belarus Mərkəzi Bankı ilə əməliyyatlar qadağandır;

Aprelin 12-dən etibarən Belarusun dövlət müəssisələrinin səhmləri üçün AB-nin ticarət sessiyalarında lizinq və xidmətlər qadağandır;

Belarusun rezidentlərindən Avropa Bankında 100 min avrodan çox məbləğdə əmanət yerləşdirmək, mərkəzi depozitarlarda belaruslu müştərilərin hesablarını aparmaq və avro ilə qiymətli kağızları satmaq qadağandır;

Bundan əlavə, Rusiyaya dəniz naviqasiyası və radio rabitəsi məhsullarının tədarükünə məhdudiyyətlər tətbiq edilir.

Hüquqi şəxslərin və təşkilatların sanksiya siyahısı da genişləndirilib. Onlar investisiyalar, qiymətli kağızlar və maliyyə alətləri üzrə məhdudiyyətlərə məruz qalıblar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az