“Rusiya və Ermənistan hərbçiləri dağlıq ərazidəki şərti düşməni məhv etdilər...”
"Dağlıq(!) ərazidəki "şərti düşmənlər"in əslində kimlər olduğu hamıya məlumdur..."
"Ermənistandakı Rusiya Cənub Hərbi Dairəsinin 102-ci bazasının hərbi qulluqçuları Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə ikitərəfli batalyon taktiki təlimi çərçivəsində dağ və meşəlik ərazidə şərti düşməni məhv ediblər...”
Miq.Az xəbər verir ki, bu məlumatı erməni saytlarından öncə Rusiya Müdafiə Nazirliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının saytları yayıb.
İkitərəfli batalyon taktiki təlimləri Rusiya Cənubi Hərbi Dairəsinin hərbi bazasının komandiri polkovnik Nikolay Martınyuk və birləşmiş qoşun qrupu komandiri general-mayor Tiqran Parvanyanın rəhbərliyi altında "Kamxud” və "Alagöz” dağ təlim poliqonlarında keçirilib.
"Alagöz təlim poliqonunda kəşfiyyat qrupları yüksəklikləri ələ keçirib əldə saxlayaraq əsas qüvvələrlə müdafiənin ön cəbhəsinin irəli atılmasını və şərti düşmənin ərazisini ələ keçirmələrini təmin ediblər"- Rusiya MN-in yaydığı məlumatda deyilir.
İki ölkənin əməliyyat-taktiki və ordu aviasiya qrupları moto-atıcı və tank bölmələrinə atəş dəstəyi göstəriblər. Təlimlərin monitorinqini pilotsuz uçuş aparatları (PUA) təmin edib.
Bundan əlavə, 102-ci bazanın və Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyatçıları ikitərəfli batalyon taktiki təlimləri çərçivəsində şərti düşmənin dağlıq bir meşə sahəsindəki təxribat-diversiya qrupunun hücumunu dəf ediblər.
Kəşfiyyatçılar şərti düşmənin silah anbarlarını və komanda məntəqələrinin axtarılıb tapılmasıyla bağlı döyüş tapşırıqlarını yerinə yetirib, həmçinin "Strelets" kəşfiyyat-idarəetmə və rabitə sistemlərindən istifadə edərək xəritədə kamuflyaj, ilk yardım və orientasiya məsələlərini yerinə yetiriblər.
Rusiya və Ermənistan ordularının ikitərəfli batalyon taktiki təlimində iki ölkədən 1,5 mindən çox hərbçi və 300-ə yaxın hərbi və xüsusi texnika, o cümlədən "Miq-29”, "Su-30SM”, "Su-25” helikopterləri, "Mi-8” və "Mi-24” və PUA qrupları iştirak edib.(moderator.az)
P.S. Dağlıq(!) ərazidəki şərti düşmənlərin əslində kimlər olduğu hamıya məlumdur...
Miq.Az