Rusiya XİN-dən Azərbaycana CAVAB

Rusiya XİN-dən Azərbaycana CAVAB

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən "üz-üzə" gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb.

Trend-in verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Xatırladaq ki, daha əvvəl Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünü Abxaziya prezidenti kimi təqdim edən Raul Xadjimbanın Rusiya XİN-in 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə görüşünü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib.

Hikmət Hacıyev qondarma rejim nümayəndəsinin Rusiya XİN-in nümayəndəsi ilə qarşı-qarşıya oturması ilə bağlı suala cavabında deyib: "Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyildir. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir".

Nazirlik rəsmisi bildirib ki, diplomatik kanallarla etiraz və ciddi narahatlıq Rusiya XİN-ə çatdırılacaq.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az