Rusiyanı çətin günlər gözləyir

Rusiyanı çətin günlər gözləyir

Bu həftə rus valutasının məzənnəsi yenidən düşüb. Rusiyanın iqtisadi perspektivləri zəifləyib. Bu il Rusiya valyutası dəyərinin yarısını itirib, banklarda isə pul vəsaitləri azalır.

Vətəninfo.az xəbər verir ki, Karneqi Beynəlxalq Sülh Fondunun iqtisadçısı Uri Daduş situasiyanın daha da pisləşəcəyini bildirir.

“Bu il Rusiyanı uçurum gözləyir. Orada ciddi tənəzzül olacaq. Hazırda isə orada nəhəng etimad böhranı yaşanır.”

İnvestorlar ölkədən artıq 100 milyard dollardan çox pul çıxarıblar. Rublu sabitləşdirmək və bankları ayaqda saxlamaq üçün Moskva faiz dərəcələrini kəskin şəkildə artırıb və yaxın zamanda Rusiya banklarına 20 milyard dollar buraxacağını açıqlayıb. Baş nazirin müavini İqor Şuvalov:

“Bütün bu tədbirlər bizim sabit bank sektorumuzun yeni şərtlər altında daha da sabit olmasına yol açacaq və mümkün şoklara qarşı qoruyacaq.”

İqtisadçılar böhranın səbəbini Moskvanın enerjidən asılı olan iqtisadiyyatı diversifikasiya etməməsində görürlər. Ağ Evin iqtisadi müşaviri Ceyson Furman bildirir ki, əlavə olaraq neftin qiymətinin kəskin şəkildə düşməsində və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsində də Rusiya özü günahkardır.

“Bu onların özlərinin səbəb olduğu ciddi iqtisadi situasiyadır və onların beynəlxalq qanunlara riayət etməmələrinin nəticəsidir.”

Moskva ilə çox az ticari əlaqəsi olan ABŞ isə bu haldan zərər çəkmir.  Lakin Rusiyanın Çin və Avropa kimi ticarət tərəfdaşlarının zərər çəkəcəyi gözlənilir. Rusiya sərhədinin 30 kilometr yaxınlığında yerləşən Lappinranta şəhərciyinə artıq turist gəlmir. Nəticədə şəhər rəsmiləri minə yaxın mağazanın bağlanacağını bildiriblər.

İqtisadçı Uri Daduş bildir ki, neft qiymətlərinin artmadığı və prezident Vladimir Putinin Krımla bağlı fikrinin dəyişmədiyi halda Rusiya iqtisadiyyatının bərpası illər alacaq.

“Mən bunun cənab Putinə təsir edəcəyini düşünmürəm. Əksinə orta təbəqəli Rusiyalılar və bütövlükdə Rusiya iqtisadiyyatı uzun zaman əziyyət çəkəcək və iki-üç il sonra bir nöqtədə iqtisadiyyat yenidən sabitləşəcək.”

Rusiya xarici işlər naziri Sergey Lavrov böhranın uzun çəkməyəcəyini bildirir. O, tarixin Rusiya xalqı və iqtisadiyyatının bərpa olunacağını və əvvəlkindən daha güclü olacağını göstərdiyini deyir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az